Tost piramida sxemindən sonra ölkədə yeni Keenon-az Ponzi piramidası yaranıb. Real şirkətin adında saxta sayt açılaraq Tost və ya Power kimi işləyərək milləti aldadır. Vətəndaşları diqqətli olmağa və aldanmamağa çağırırıq. Qazanc kimi qeyd edilən məbləğlər digər “yatırımcı”-nın pullarıdır. Aldanmayın və aldadmayın!
Keenon-az piramida araşdırma
Sayt 2010-cu ildən fəaliyyətə göstərməsini qeyd etməyinə baxmayaraq saytın domen adı 29.10.2024 tarixində ilk dəfə Gname.com Çin platformasında qeydiyyat keçib. Ödəniş qəbul edilən USDT adreslərdə ilk ödənişlər 3 aydan az əvvəl 2024-08-17 16:55:45 (UTC) tarixində həyata keçirilib.
Yeni məlumat olduqca əlavə ediləcək!




