Xülasə
Kriptovalyutaların ticarətində istifadə olunan əsas platformalardan biri CEX adlanır. Bu qısa ad Centralized Exchange – yəni mərkəzləşdirilmiş birja mənasını verir.
Binance, Coinbase, Kraken və KuCoin kimi platformalar CEX-ə nümunədir. Bəs bu birjalar necə işləyir və niyə milyonlarla insan tərəfindən istifadə olunur?
CEX necə işləyir?
CEX-lər istifadəçilər üçün kriptovalyuta alqı-satqısı, ticarət, saxlama və müxtəlif maliyyə xidmətləri təklif edən mərkəzləşdirilmiş platformalardır. İstifadəçi qeydiyyatdan keçərək vəsaitlərini platformaya yatırır və əməliyyatlar CEX-in serverlərində, onların order book sistemi vasitəsilə icra olunur.
Bu birjalar fiat (AZN, USD) və kriptovalyuta dəstəyi, likvidlik və istifadəçi interfeysi baxımından daha əlverişli sayılır.
CEX istifadə etməyin üstünlükləri
- İstifadəçi dostu interfeys: Yeni başlayanlar üçün sadə və anlaşılan ticarət təcrübəsi
- Yüksək likvidlik: Alış və satış əmrlərinin sürətli icrası
- Müxtəlif token və fiat dəstəyi: Həm kripto-kripto, həm də fiat-kripto ticarət imkanı
- Təhlükəsizlik sistemləri: 2FA, IP qoruma, soyutma sistemləri
- Müştəri xidməti: Problemlər zamanı dəstək almaq mümkündür
CEX istifadə etməyin riskləri
- KYC və məlumat paylaşımı: Şəxsiyyət təsdiqi və məlumatların saxlanması tələb olunur
- Vəsaitlərin nəzarəti: Aktivlər istifadəçi cüzdanında yox, platformadadır
- Çöküş və ya iflas riski: FTX və Celsius kimi nümunələr riskin real olduğunu göstərir
- Hücum riski: Mərkəzləşdirilmiş sistemlər haker hücumlarına daha həssasdır
CEX və DEX: Hansını seçmək lazımdır?
CEX – rahatlıq və sürət təklif edir, lakin nəzarət platformadadır. DEX – azadlıq və şəffaflıq verir, lakin məsuliyyət istifadəçiyə aiddir.
Yeni başlayanlar üçün CEX yaxşı bir başlanğıc nöqtəsi ola bilər, lakin uzunmüddətli kripto istifadəçiləri üçün DEX-lərə keçid tövsiyə olunur.
Soyuq cüzdan nədir? yazımızda qeyd etdiyimiz kimi, həqiqi kripto mülkiyyəti yalnız özəl açarlarla mümkündür.
Ən Populyar CEX-lər (2025)
- Binance: Dünya üzrə ən böyük kripto birjalarından biridir
- Coinbase: ABŞ bazarına uyğun, regulyasiya olunmuş CEX
- OKX: Ticarət həcmi və alət bolluğu ilə seçilir
- Bybit: Perpetual və futures ticarət üzrə populyar platforma
- Gate.io və KuCoin: Yeni tokenlərə erkən çıxış imkanı
Əgər hələ Binance hesabın yoxdursa, qeydiyyat prosesi çox sadədir. Bunun üçün bu yazıda addım-addım izah etdik.
Nəticə
CEX-lər kriptovalyuta dünyasına daxil olmaq və əməliyyat aparmaq üçün geniş imkanlar təqdim edir. Lakin təhlükəsizlik və müstəqillik baxımından hər zaman alternativləri – xüsusilə DEX və soyuq cüzdanları – dəyərləndirmək vacibdir.
Əlavə olaraq, DEX-lərin necə işlədiyini və onların üstünlüklərini öyrənmək istəyirsənsə bu yazını da oxumağını tövsiyə edirik: DEX nədir? Mərkəzsiz Birjaların Faydaları və İş Prinsipi
Kripto dünyasında alətləri tanı və güclən: airdrops.az – Təhlil, təlim və trend mərkəzi.




