binance birjası, binance exchange

Binance Birjası 2025

Binance birjası 2017-ci ildə təsis edilib və bir il ərzində ən böyük kripto birja olaraq tanınıb. 350-dən artıq rəqəmsal valyutanın alış-satışlarını reallaşdıran Binance üstünlüyü istifadəçi üçün rahatlığın təmin edilməsi və kommissiyaların aşağı olmasıdır.

Binance Birjasında Qeydiyyat

binance birjasi

Binance platformasında fərdi şəxs kimi qeydiyyat 5 dəqiqə vaxtınızı alacaq. Qeydiyyat üçün Linkə daxil olub qeydiyyatdan keçirik.

Link: https://accounts.binance.com/register?ref=39432417

P.s Bizim link vasitəsi ilə referral kimi qeydiyyatdan keçməklə airdrops.az layihəsinə dəstək olursuz. Təşəkkür edirik.

Hesabın təstiqlənməsi (KYC)

kyc, know your customer

Qeydiyyat prosesindən sonra təhlükəsizlik üçün binance hesabının təsdiqlənməsi lazımdır.

Binance-də KYC (Know Your Customer) prosesi, yəni hesabın təsdiqlənməsi, platformanın təhlükəsizliyini artırmaq və istifadəçiləri qorumaq üçün nəzərdə tutulub. KYC prosesi istifadəçilərin şəxsiyyətlərini yoxlamaqla saxta və ya qanunsuz fəaliyyətlərin qarşısını alır. Bu prosesdən keçərək hesabınızın təhlükəsizliyini artırmış olursunuz və müəyyən məhdudiyyətlərdən azad olaraq daha çox əməliyyat aparmaq imkanına malik olursunuz.

Binance Exchange-də KYC Prosesi Necə Aparılır?

Binance Hesabına Daxil Olun

İlk olaraq Binance platformasında (və ya mobil tətbiqdə) hesabınıza daxil olun.

Şəxsiyyət Təsdiqləmə Bölməsinə Keçin

Hesabınızın idarəetmə panelində “User Center” və ya “Verification” (Təsdiqləmə) bölməsinə keçin. Burada “Basic Verification” (Əsas Təsdiqləmə) və “Advanced Verification” (Əlavə Təsdiqləmə) mərhələlərini görəcəksiniz.

Şəxsiyyət Məlumatlarının Daxil Edilməsi

Əsas təsdiqləmə mərhələsində sizdən ad, soyad, doğum tarixi, ölkə və ünvan kimi şəxsi məlumatlar tələb ediləcək. Məlumatları dəqiq və düzgün daxil edin.

Şəxsiyyəti Sübut Edən Sənədin Yüklənməsi

Bu mərhələdə şəxsiyyəti təsdiqləmək üçün şəxsiyyət vəsiqəsi, pasport və ya sürücülük vəsiqəsi kimi sənədlərdən birini yükləməlisiniz. Binance, yüklənən sənədin hər iki tərəfinin aydın olmasına xüsusi diqqət edir.

Selfi və Üz Tanıma (Biometrik Təsdiqləmə)

Şəxsiyyət sənədi yükləndikdən sonra Binance sizdən selfi şəkli çəkməyinizi və ya üz tanıma (biometrik) təsdiqləmə mərhələsini keçməyinizi istəyir. Bunun üçün veb-kameradan və ya mobil tətbiqdən istifadə edə bilərsiniz. Bu addım hesabın təhlükəsizliyini və şəxsi məlumatların qorunmasını təmin edir.

Məlumatların Təhlili və Nəticə
bitcoin,  ehterium

Təsdiqləmə sənədlərini təqdim etdikdən sonra Binance Exchange onları nəzərdən keçirəcək. Bu proses adətən bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Bəzi hallarda, sənədlərin düzgünlüyündən asılı olaraq bu müddət daha uzun çəkə bilər. Təhlil bitdikdən sonra təsdiqlənmə barədə e-poçt bildirişi alacaqsınız.

Birja hesabının balansını artlrmaq

Birja hesabının balansını artırmaq üçün bir vaxtlar M10 vasitəsi ilə tam leqal köçürmə etmək olurdu. Hazırda M10-dan birjada AZN hesabına Fiat pul köçürülməsi dayandırılıb. Digər metod isə satıcı şəxslərdən stabil coin (USDT, USDC) alıb binance hesabına köçürməkdir.

Binance P2P (Təhlükəli metod)

Ən yayılmış və həm də ən təhlükəli metod P2P metodudur. Binance P2P platforması istifadəçilərə bir-biri ilə birbaşa fiat valyutası ilə kriptovalyuta alıb-satma imkanı verir:

  1. Binance hesabınıza daxil olaraq “Trade” və ya “P2P” bölməsinə keçin.
  2. “P2P Trading” seçin və valyutanızı seçin.
  3. Təklifləri nəzərdən keçirin və uyğun olan satıcıya tıklayın.
  4. Təsdiqlənmiş satıcı ilə razılaşdıqdan sonra bank köçürməsi və ya başqa üsulla ödəniş edin.
  5. Satıcı ödənişi təsdiqlədikdən sonra kriptovalyuta sizin Binance cüzdanınıza oturacaq.

Bu üsul adətən daha sürətli olur və bəzi istifadəçilər üçün daha uyğun qiymət təklifləri ilə təmin edir. Bir daha qeyd edirəmki bu metod ən təhlükəli metod sayılır, burada rahatlıqla dələduzlara rast gəlmək olar

Digər birjalar ilə Link-ə keçid edərək tanış ola bilərsiz.